“Səbail”dən yenə gedən var… Bu dəfə baş məşqçi

8 Dekabr 2021 22:20 Səbail 1 291
“Səbail”dən yenə gedən var… Bu dəfə baş məşqçi

“Səbail”də baş məşqçi ayrılığı olub.

Rüfət Quliyev Bayıl təmsilçisinin 17 yaşlılardan ibarət komandasının sükanı arxasından ayrılıb.

O, klub rəhbərliyinin futbolçulara normal şərait yaratmamasına etiraz əlaməti olaraq, postundan gedib.

R.Quliyev Azərbaycan yığmasının keçmiş üzvü olub. Sabiq yarımmüdafiəçi məşqçi həyatına “Ağsu”da başlayıb.

O, 6 ilə yaxın müddətdə Aran təmsilçisini çalışdırıb. Yeni yaranan kluba I Divizionun çempionu tutulunu qazandırıb, müxtəlif əyarlı medallar əldə edib.

AFFA-nın “Ağsu”nu 3 il öncə Diviziondan uzaqlaşdırdığını da xatırladaq. Komandanın adının danışılmış oyunlarla bağlı qalmaqallara qarışmasına görə. “

Ağsu”nun “kitab”ı elə o vaxt bağlandı, fəaliyyətini dayandırmaq məbutiyyətində qaldı.klubun rəsmiləri, digər işçiləri və bir çox futbolçusu bu sahədən ömürlük uzaqlaşdırıldı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti