Millimizin hücumçusu B Seriyasında meydana çıxdı və üzüldü

8 Sentyabr 11:00 Bizimkilər 554
Millimizin hücumçusu B Seriyasında meydana çıxdı və üzüldü

Azərbaycanın U-21 millisinin forvardı Lorenso Mezzotero “Sampdoriya”da növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı hücumçu İtaliya B Seriyasının 3-cü turunda “Palermo” ilə səfər matçının 83-cü dəqiqəsində meydana daxil olub.

Görüş “Sampdoriya”nın məğlubiyyəti ilə başa çatıb – 1:3.

Komanda B Seriyasında 3 turdan sonra 1 xalla 20 komanda arasında 18-cidir.

Lorenso Mezzotero B Seriyasının 2-ci turunda "Yuve Stabiya"ya qarşı görüşdə "Sampdoriya”nın əsas komandasında debüt etmişdi. O, buna qədər klubun U-19 komandasında çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…