UEFA Gənclər Liqasının 1-ci turunda keçiriləcək "Mançester Yunayted" U-19 - "Sabah" U-19 görüşünə hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.
Azərbaycan təmsilçisi ilə İngiltərə klubu arasında oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim FİFA referisi Simon Burdohue idarə edəcək. Ona yan xətt hakimləri kimi Maykl Qeerolf və Yonas Van Duk kömək göstərəcəklər. Dördüncü hakim isə hələlik müəyyənləşməyib.
Sözügedən matç senyabrın 10-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
