AFFA və milçəklər - Yenə öz «iş»indədir, əl çəkmir ki çəkmir!

26 Sentyabr 2021 17:00 Səbail 1 411
AFFA və milçəklər - Yenə öz «iş»indədir, əl çəkmir ki çəkmir!

AFFA-nın ürəyindən olsaydı, Bayılda yaxşı bir klub yaradardı.

Daha «Səbail» yox. İstəmədilər və hələ də istəmirlər.

Yəqin ki, indən belə də istəməyəcəklər. Yeganə istəkləri budur ki, vaxt gəlib tez keçsin, «Səbail»in «başınıı bağlasınlar».

Aftandil Hacıyev və onun kimi fikirləşənlər AFFA-dakılara ağır gəlir. Ondan xoşlanmırlar, qurtulmağın yollarını axtarırlar.

Media Hacıyevin arxasında dayanmasaydı, haqqında müsbət fikirlər bölüşməsəydi, AFFA çoxdan yerindən tərpətmişdi onu.

İndi baxırsan «Səbail»ə, görürsən ki, Hacıyev qəşəng restoran işlətmir. İşlətdiyi balaca bir kafedir, amma… burada yaxşı yemək verirlər.

Baxırsan və onu da görürsən ki, bu kafenin daş-divarı adamın üstünə gəlmir. Sadəcə, aradabir hardansa iki-üç milçək çıxıb «vız» edir, gah yeməyin üzərinə qonur, gah da yaxana yapışır.

Hirslənir, ürəyin bulanır, yenə heç nə edə bilmirsən. Ayağa qalxmağa, ofisiantı yanına çağırmağa, «bu nədir axı?» deyib, qışqırmağa utanırsan.

O isə yenə öz «iş»indədir, əl çəkmir ki çəkmir!

Ta hesabı ödəyib, çıxıb gedənə, kafenin qapısından bir neçə addım uzaqlaşana qədər…

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti