Paytaxt klubunun yeni baş məşqçisi… AFFA-nın seçimi bilindi

24 Sentyabr 2021 13:00 Səbail 2 084
Paytaxt klubunun yeni baş məşqçisi… AFFA-nın seçimi bilindi

AFFA «Keşlə»nin baş məşqçi postuna yeni namizədini müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, federasiya Şahin Diniyevin paytaxt təmsilçisinin sükanı arxasına keçməsini istəyir.

Sonuncu dəfə «Kəpəz»də çalışmış mütəxəssis ölkə kubokunun sahibi ilə əməkdaşlığa razılıq verib.

2017-ci ilin qışında Gəncə klubundan ayrılan, bir müddət sonra təkrar AFFA-nın Məşqçilər Komitəsinə dönən Diniyev, əslində, «Neftçi» ilə matçdan (3:0) sonra «Keşlə»də işə başlamalı idi.

Sadəcə, o, «Qarabağ»la qarşılaşmanı da gözləməyi lazım bilib. Çünki əksəriyyət kimi, Diniyev də «Keşlə»nin vitse-çempiona məğlubiyyətini proqnozlaşdırıb və debütünün uğursuz alınması riskini gözünün altına alıb.

Sabiq «bankirlər» Premyer Liqanın ilk 4 həftəsində yenilgiləri sıralayıb. Xal xanası boş olan «Keşlə» turnir cədvəlinin son pilləsində məskunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti