Millətlər Liqasının üçüncü turunda Litvanı qəbul etdik və qazandıq.
1:0-lıq qələbədə hərənin bir qədər zəhməti oldu.
Oyundan sonra hamı tərifləndi, bir ondan başqa.
Kimdir o 1 nəfər?
Renat Dadaşov. Yaxınlarda Ukraynada «Bukovina» ilə müqavilə bağlamış hücumçu milliyə kömək edə bilmir.
Hardasa yamaq kimi görünür.
Ona yönəlik tənqidlərdən nəticə çıxarmalıdır, artıq özünə gəlməsi, toparlanması və vəziyyəti dəyişməsi lazımdır.
Çünki o, belə bir futbol məktəbindən keçmiş, xaricdə oynamış və milli komandanın formasını geyinmiş hücumçudur.
Belə təcrübəyə və potensiala sahib oyunçunun Azərbaycan futbol ictimaiyyətinin gözləntilərini davamlı olaraq doğrultmaması normal qəbul edilə bilməz.
Tənqid də məhz buna görədir. Söhbət onun bir oyunda uğursuz çıxış etməsindən daha böyük məsələdir.
Dadaşov öz potensialına uyğun səviyyəyə qayıtmalı, rəqabətə hazır olmalı və meydanda nə üçün milli komandanın əsas hücumçularından biri hesab edildiyini göstərməlidir.
Azərbaycan futbol ictimaiyyətinin ondan gözləntisi böyükdür və bu gözləntinin səbəbi də onun keçdiyi yol, aldığı futbol təhsili və sahib olduğu potensialdır.
Artıq söz yox, meydanda cavab vermək vaxtıdır.
SPORTİNFO.AZ
