
Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Səbail" Bayılda "Sumqayıt"ı qəbul edib.
"ASCO Arena"da oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
64-cü dəqiqədə Cabir Əmirli "Səbail"ə qələbə qazandırıb. Beləliklə, "gənclik şəhəri" təmsilçisi cari mövsüm çempionatda ilk məğlubiyyətini alıb.
3 turdan sonra hər iki komanda 6 xal toplayıb və müvəqqəti də olsa, 2-3-cü yerləri bölüşdürürlər.