Premyer Liqada 20-ci...

5 Mart 2021 23:00 Səbail 775
Premyer Liqada 20-ci...

“Səbail” Azərbaycan Premyer Liqasında 20-ci heç-heçəsini edib.

Sportinfo.az xəbər verir ki, bu, XVIII turun “Keşlə” ilə görüşünə təsadüf edib.

1:1 hesablı ev bərabərliyi Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda üçün yubiley sülhü olub. Bunadək bakılılar 93 qarşılaşmadan 19-da 1 xalla kifayətlənmişdi. “Səbail” öz meydanında 11, səfərdə 9 dəfə heç-heçə edib.

“Səbail”in ilk heç-heçəsi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər görüşündə rəsmiləşib – 0:0.

Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM