Ər kimi vuruşqan "Zaqatala" - FOTOREPORTAJ

25 Yanvar 2021 09:20 Səbail 706
Ər kimi vuruşqan "Zaqatala" - FOTOREPORTAJ

Azərbaycan Kubokunda mübarizəyə start verilib.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyununda Premyer Liqa təmsilçisi "Səbail" ilə I Divizionda mübarizə aparan "Zaqatala" üz-üzə gəlib.

Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2. Hesabı 26-cı dəqiqədə penaltidən paytaxt təmsilçisinin forvardı Amil Yunanov açıb.

Daha sonra Roini İsmayılov 30-cu və 40-cı dəqiqələrdə fərqlənərək, qonaq komandanı önə çıxarıb. "Səbail"i məğlubiyyətdən 62-ci dəqiqədə Adil Nağıyev qurtarıb. Son nöqtəni isə 84-cü dəqiqədə Əfran İsmayılov qoyub.

Beləliklə, "Səbail" 1/4 finala yüksələn ilk komanda olub. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv növbəti mərhələdə "Sumqayıt"la üz-üzə gələcək.

İlk oyun 1-2 fevralda "Kapital Bank Arena"da, cavab görüşü 6-7 fevralda "ASCO Arena"da təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti