Azərbaycanda möhtəşəm qolla siftə etdi, sevincini onlarla bölüşdü - VİDEO

11 May 2024 09:40 Sabah 1 790
Azərbaycanda möhtəşəm qolla siftə etdi, sevincini onlarla bölüşdü - VİDEO

Mövsümün əvvəlində «Ximki»ni «Sabah»a dəyişən Ayaz Quliyev ilk qolunu Premyer Liqanın 33-cü turunda vurdu.

Yarımmüdafiəçi «Araz-Naxçıvan»la Mərdəkanda keçirilən səfər matçının 1-ci dəqiqəsində hesabı açdı.

Uzun müddət yaddaşlarda qalacaq möhtəşəm zərbəylə adını tabloya yazdıran orta sahə oyunçusu «bayquşlar»a 3 xal qazandırdı.

Ayaz sevincini masazırlı azarkeşlərlə bölüşüb. O, final fitindən az sonra tribunaya yaxınlaşaraq, tərəfdarlarla birgə qolu qeyd edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti