“Sabah”ın hücumçusundan rəsmi debüt oyununda qol - VİDEO

27 Sentyabr 08:40 Sabah 528
“Sabah”ın hücumçusundan rəsmi debüt oyununda qol - VİDEO

“Sabah”ın hücumçusu Coy-Lens Mikels Ruanda millisinin heyətində rəsmi debüt edib.

Sportinfo.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı matçda meydana çıxıb.

Oyun Ruandanın qələbəsi ilə başa çatıb – 3:1.

Mikels debütunu qolla qeyd edib. Runda millisinin digər qollarından birini isə Coy-Lensin qardaşı, ötən mövsüm “Zirə”də çıxış edən Leroy Mikels vurub.

Ruanda millisinə dəvət alan “Zirə”nin müdafiəçisi Anji Mutsinzi də bu matçın iştirakçısı olub. O, meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib.

Bu matçda Liberiya millisini yeganə qolunun müəllifi olan Silvanus Nimeli də vaxtı ilə Azərbaycanda çıxış edib. O, 2024/25 mövsümündə “Sumqayıt”da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!