"Buna kənardan baxanlar daha yaxşı qiymət verə bilər"

11 Fevral 19:00 Sabah 317
"Buna kənardan baxanlar daha yaxşı qiymət verə bilər"

"Sabah" müdafiəçisi Rəhman Daşdəmirov Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq Premyer Liqanın 21-ci turunun "Turan Tovuz"la bərabərə qaldıqları (1:1) matçı şərh edib:

"Oyuna yaxşı başlamışdıq. Erkən qol buraxdıq. Sonra üstünlüyü ələ aldıq. Hesabı bərabərləşdirə də bildik.

Lakin təəssüf ki, qələbə qolunu vura bilmədik. Onu da nəzərə alaq ki, "Turan" yaxşı komandadır. Bu komanda ilə əvvəlki matçlarımız da çətin keçmişdi".

Premyer Liqada ilk dəfə 90 dəqiqə meydanda olan 24 yaşlı futbolçu öz performansını da dəyərləndirib:

"Bəli, ilk dəfə 90 dəqiqə meydanda oldum. Mənə etimad göstərildiyinə görə şadam.

Meydanda olduğum müddətdə maksimumun ortaya qoymağa, komandama əlimdən gələn qədər kömək etməyə çalışacam. Necə alındığınına kənardan baxanlar daha yaxşı qiymət verə bilər".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti