Premyer Liqa klubu iki qapıçı ilə uzunmüddətli müqavilə imzaladı

24 Sentyabr 11:55 Sabah 588
Premyer Liqa klubu iki qapıçı ilə uzunmüddətli müqavilə imzaladı

“Sabah” qapıçıları – Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Yusif “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/2022-ci il mövsümündən “Sabah”ın əsas komandasına cəlb olunur.

O, əsas komandada ümumilikdə 52 oyun keçirib. Yusif Azərbaycanın əsas millisinin üzvüdür.

Rüstəm isə 2021-ci ildən “Sabah”da çıxış edir. Gənc qolkiper Azərbaycanın U-21 millisinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"