“Belə birinin indiyədək Azərbaycan klubunda qalması böyük biabırçılıqdır" - VİDEO

23 May 2023 18:00 Sabah 5 582
“Belə birinin indiyədək Azərbaycan klubunda qalması böyük biabırçılıqdır" - VİDEO

"Səbail"in hücumçusu Qoba Zakpanın "Turan Tovuz"la oyunda vurduğu qoldan sonra qeyri-etik hərəkət etməsi ciddi müzakirələrə səbəb olub.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, afrikalı legionerin hələ də burada qalması klub rəhbərliyinin növbəti yanlışıdır:

“Bu tərbiyəsiz hərəkət minlərlə azarkeş və milyonlarla televiziya tamaşaçısına açıq-aşkar hörmətsizlik, təhqirdir. Bu hadisə bir daha klubda nizam-intizamın və idarəçiliyin çox zəif olduğunu nümayiş etdirir.

Legioner gətirəndə təkcə onun oyunçu keyfiyyətləri yox, insani və mədəni göstəricələri də nəzərə alınmalıdır.

Halbuki, bura gələnlərin əksəriyyəti futbolçu keyfiyyətləri ilə fərqlənmirlər.

2003-cü ildə Türkiyə Super Liqasında “Beşiktaş”ın “Fənərbağça” ilə matçında “ağ-qaralar”ın əsas “qol silahı” Paskal Numanın qol sevincini qeyri-etik formada qeyd etməsi ona çox baha başa gəldi.

Komandası üçün çox önəmli isim olmasına baxmayaraq, o, tərbiyəsiz jestinə görə bir neçə saat içində ölkədən və komandadan qovuldu.

İndi görək həmişə peşəkarlıqdan, düzgün idarəçilikdən dəm vuran “Səbail” rəhbərliyi nə edəcək?

Zakpanın buvaxta kimi komandada qalması böyük biabırçılıqdır. Buna göz yummaq ən böyük qəbahətdir”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"