
“Sabah“ın braziliyalı legioneri Kristian da Silva mövsüm ərzində qarşılaşdıqları hakim qərəzi barədə öz düşüncələrini bölüşüb.
Sportinfo.az-a danışan yarımmüdafiəçi Premyer Liqanın üçüncü dövrəsinin “Qarabağ”la səfər matçını (1:1) yada salıb.
Belə ki, görşün baş hakimi Elçin Məsiyevin ikinci yarının əvvəlində ev sahiblərinin qapısına penalti təyin etməməsi geniş müzakirələrə yol açmış oldu.
Epizodun iştirakçılarından biri də braziliyalı idi. Məhz Kristianın zərbəsindən sonra top Julio Romaonun əlinə dəymişdi:
“Məncə, bu, təmiz penalti idi. Buna heç bir şübhəm yoxdur.
Epizodun videotəkrarına baxdıqda da topun “Qarabağ”ın futbolçusunun əlinə dəydiyi aşkar görünürdü.
Hakimin VAR-a baxmasına rəğmən, həmin epizoda görə penalti verməməsinə, sadəcə, inana bilmirəm”.