Murad Musayev ona verilən sualla razılaşmadı

9 May 2022 09:20 Sabah 999
Murad Musayev ona verilən sualla razılaşmadı

Sportinfo.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 26-cı turunun "Səbail"lə oyunu haqda (2:0) sualları cavablandırıb:

- Oyuna nəzarət edən tərəf idik. Bu stadionda oynamaq hər komanda üçün asan deyil. “Qəbələ” və “Qarabağ” da burada uduzub. Ona görə də burada 90 dəqiqə konsentrasiyanı saxlamaq lazım idi. Yaxşı kombinassiyalar alındı. Bu gün sonluqlar yaxşı deyildi. Oyunu daha da əvvəlcədən sakitləşdirə bilərdik. Əsas olan odur ki, inamlı şəkildə qələbə qazandıq.

- “Sabah” üstünlüyündən səriştəsiz istifadə edirdi. Rəqibi qiymətləndirmirdiniz?
- Rəqibi qiyəmətləndirməmək kimi düşüncəmiz yox idi. “Səbail”ə hörmətlə yanaşırdıq. Hörmətsiz yanaşsaydıq bu, bizə baha başa gələ bilərdi. Daha çox qol fürsətlərindən istifadə edə bilərdik.

- Elvin Camalov əvvəlki performansından uzaq düşüb. Əvvəlki performansından 1 faiz də qalmayıb...
- Sizinlə razı deyiləm. Elvin komandamızın lideridi. Hər oyunda meydanda böyük iş görür. Müdafiədən hücuma keçərkən böyük funksiyaları yerinə yetirir. Ona görə sizinlə razı deyiləm. O, hazırda ən yaxşı sezonlardan birini keçirir.

- Aleksey Kaşuk və Lukas Rangel yeni mövsüm komandada qalacaq, yoxsa onların komandada qalması avrokuboklara düşüb-düşməməyinizdən asılıdı?
- Hər ikisinə “Sabah”da oynamaq xoşuna gəlir. Nümayəndələrilə danışıqlar gedir. Bu, bir balaca çətin prosesdi. Kaşuk “Şaxtyor”a məxsusdu, başqa komandada oynayır. Danışırıq, amma konkret bir şey yoxdu.

- Növbəti mövsümdən U-21 limiti olmayacaq. Bu barədə fikriniz necədi?
- Nəsə demək çətindi. Çünki biz komandanı limiti nəzərə alaraq komplektləşdirmişdik. Amma çempionatın bitməsinə 3 həftə qalmış U-21 limitinin ləğv olunduğunu bildirdilər. Ümumiyyətlə, hər hansı limitə qarşıyam. Fikrimcə, meydanda ən yaxşılar oynamalıdı. Bu da oyunçuların səviyyəsini artıracaq. Yəni, biz sadəcə pasporta yox, futbolçuların ustalıq səviyyəsinə baxmalıyıq. Biz federasiyanın hər qərarına hörmətlə yanaşmalıyıq. Gələn il komandanın necə olması, seleksiya işimizdən və yeni mövsümə necə hazırlaşmağımızdan asılıdı.

- İkinci hissəyə 10 nəfərlə çıxmışdınız. Boyan Letiç sizi yaddan çıxarmışdı, yoxsa o, sizi?
- Birinci hissədə topuğundan zədələnmişdi. Biz ikinci hissəyə başlayanda yan hakimə dedik ki, gözləyək oyunçu gəlsin. O da bildirdi ki, top çıxandan sonra əvəzetmə edə bilərik, çünki hakim oyunu başlamalıdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!