"Sabah"ın qarşısına çıxmağa razılıq verdilər

16 Yanvar 2022 23:20 Sabah 537
"Sabah"ın qarşısına çıxmağa razılıq verdilər

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah"ın növbəti rəqibi bilinib.

Murad Musayevin baş məşqçi olduğu komanda "Zarya" ilə qarşılaşacaq.

Ukrayna təmsilçisi ilə görüş yanvarın 20-də təşkil olunacaq.

Masazır klubu ilk matçda Macarıstan "Pakş"ı ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Sabah"ın qolunu 29-cu dəqiqədə Xulio Sezar Rodriges vurub.

"Sabah" yanvarın 24-də Serbiyadan “Mladost”la (Luçani) ilə oynayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!