"Sabah" yeni hücumçu tapdı, danışıqlar başladı - Rəsmi açıqlama

6 Sentyabr 2021 20:20 Sabah 1 303
"Sabah" yeni hücumçu tapdı, danışıqlar başladı - Rəsmi açıqlama

Bu mövsüm avrokuboklara getməyi hədəfləyən "Sabah" heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

Bu barədə Sportinfo.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Sitat: "Ruslan Pidlisnyakın xidmətində maraqlı olduğumuzla bağlı xəbər doğrudur. Bu istiqamətdə hər hansı yenilik olsa, rəsmi səhifələrimiz vasitəsilə məlumat verəcəyik".

"Krasnodar"ın yetirməsi olan futbolçunun son çıxış elədiyi klub "Maşuk-KMV" olub. 20 yaşlı forvard hazırda klubsuzdur.

Hücumun sivri ucunda və sağ cinahda da oynamağı bacaran Pidlisnyakla şərtlər razılaşdırılarsa, yaxın günlərdə Azərbaycana gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda