Azərbaycanda baş məşqçi postunda əcnəbiləri sevirlər"

30 Mart 2021 17:10 Sabah 674
Azərbaycanda baş məşqçi postunda əcnəbiləri sevirlər"

“Sabah”ın serbiyalı legioneri Filip İvanoviç ölkəsinin mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində bu gün keçiriləcək Serbiya – Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb.

- “Sabah”dan bir neçə komanda yoldaşınız Serbiya üçün təhlükədir?
- Kərim Diniyev və təhlükəli hücumçu Ramil Şaydayev ön plandadır. Əminəm ki, bizə böyük problem yaradacaqdır. Seçimə mərhələnin ən yaxşı bombardiridir, çevik və hissiyyatlı hücumçudur.

- Xüsusi diqqət yetirməli olduğunuz başqa nə var?
- İki amil var. Birincisi, son günlər Bakıda azalsa da, güclü küləyin olmasıdır. İkincisi, vaxt fərqidir. Amma inanıram ki, iki gün əvvələ nisbətən saat fərqi üç saatdan iki saata endirildiyi üçün futbolçularımız artıq öyrəşiblər.

- Azərbaycanlıların oyun potensialı necədir?
- Nəticələrə baxsanız, onlar aşkar autsayderdirlər, amma tam da belə deyil. Son 11 matçda yalnız Kipr üzərində bir qələbələri var. Altı dəfə məğlub olublar və yalnız 3 qol vurmaqla bir qələbə qazanıblar. Etiraf etmək lazımdır ki, bəzi matçlarda bəxt yanlarında deyildi. Dörd heç-heçənin hamısı 0:0 nəticələnib. Komandaya italiyalı Canni de Byazi rəhbərlik edir, onu Albaniya yığmasında işlədiyi dövrdən tanıyırıq. Ondan daha böyük bir dəyişiklik gözləyirdilər. Bu postda əcnəbiləri sevirlər. Haciyevski, Prosineçki, Yurçeviç və uzun müddət əvvəl alman Foqts var idi.

- Hücumda qətiliklə bağlı bir problemləri var?
- Təkcə o deyil, amma ən böyüyü budur. Oyunda dəqiqələr keçdikcə gücləri çatmadığı nəzərə çarpır. Çünki çox çalışırlar, oyunları buna söykənir. Bizə qarşı əks-hücumlara etibar edəcəklər, çünki başqa seçimləri yoxdur. Texniki mənada çox geridə qalırlar, ancaq fanatizmə qədər mübarizə aparırlar.

- Əsas keyfiyyətləri nədir?
- Uyğunluq. Futbolçuların əksəriyyəti ən yaxşı klublarında uzun müddətdir birlikdə oynayırlar. Bundan əlavə, heç bir rəqibin bəyənmədiyi bir oyun tərzinə malikdirlər. Gözəllik olmadan, lakin çox duel və fasilə ilə. Bunu Portuqaliyaya qarşı da sübut etdilər.

- Azərbaycan liqasındakı tək serb siz deyilsiniz?
- Bakıda yaşamaq hamımıza maraqlıdır. Buradakı həmyerlilərimdən Vojislav Stankoviç mənim eyni binada yaşayır, qarşı tərəfdə Uroş Matiç və Saşa Stamenkoviç qalır. Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviç və qapıçı məşqçisi Poleksiç də yaxınlıqda olur.

Digər Xəbərlər
Xəbər Lenti