Qubada yeni komandanın yaradılması üçün ilk addım atıldı - FOTOLAR

5 Mart 2023 16:40 Region Liqası 1 300
Qubada yeni komandanın yaradılması üçün ilk addım atıldı - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində Qubada müharibə iştirakçıları ilə görüş keçirilib.

Toplantı səmimi ortamda təşkil olunub və mbvzuya uyğun geniş müzakirələr aparılıb.

Burada müharibə iştirakçılarının yer aldığı komandanın yaradılması, bu ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilməsini nəzərə alaraq, "Ulu Öndər" Kuboku yarışının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Difai"nin prezidenti Asəf Məlikov yeni layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib, Bildirib ki, Quba futbol rayonudur və burada insanların idmanın ən populyar növünə marağı böyükdür.

O, keçmiş ənənələrin bərpası istiqamətində işlər görüləcəyini qeyd etməklə yanaşı, II Qarabağ müharibəsi iştirakçılarının bu layihəyə qatılmasının vacibliyini vurğulayıb.

A.Məlikov deyib ki, mühadiləri əsasında qazilər arasında idmana həvəs göstərən şəxslərin çoxluğuna əmin olub.

Klub rəhbəri Quba rayon İcra Hakimiyyətinin, həmçinin Gənclər və İdman İdarəsinin yeni komandanın formalaşdırılması prosesinə köməklik göstərəcəyini açıqlayıb.

İnandığını bildirib ki, Quba Region Liqasının gələn sezonunda təmsil olunacaq və peşəkarlığa doğru növbəti addımlar atacaq.

A.Məlikovun açıqladığı layihə və irəli sürdüyü təkliflər tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Qarabağ qaziləri futbol komandasında yaradılması ideyasını dəstəkləyib və bu işdə yaxından iştirak edəcəklərini söyləyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti