Məşhur şirkət böyük futbola komanda buraxır - Bu rayonda

2 Sentyabr 09:40 Region Liqası 2 404
Məşhur şirkət böyük futbola komanda buraxır - Bu rayonda

Son illərdə respublikanın sənaye brendlerindən birinə çevrilən «Metak» böyük futbol ailəsinə qoşulmağa hazırlaşır.

Qusarda fəaliyyət göstərən şirkət bu ildən Region Liqasında təmsil olunacaq.

«Metak»ın öz adını daşıyan komanda çempionatın Bakı-Şimal bölgəsi üzrə mübarizə aparacaq. Artıq bununla bağlı AFFA-ya müraciət olunub və ilkin razılıq alınıb.

Qusarlılar ev oyunlarını elə doğma məkanda qəbul edəcək. Şirkətin rayonun mərkəzinə yaxın ərazidə tikintisinə başladığı arena tezliklə şazır vəziyyətə gətiriləcək.

«Metak» artıq neçə ildir ki, uşaq futbolunda mövcuddur. Klubun bir neçə yaş qrupu çempionatda qüvvəsini sınayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM