Region Liqasında mövsüm sona doğru yaxınlaşır.
Artıq yarımfinal mərhələsinin ilk görüşləri arxada qalıb.
Yeni yaradılan «Zəngəzur» Bayılda «Biləsuvar»ı qəbul edib.
Qarşılaşma Qərbi Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb və final yolunda mühüm üstünlük qazanıb.
Azarkeşlər «Bayıl Arena»da keçirilən matça böyük maraq göstərib. Bir neçə yüz fanat stadiona təşrif buyurub.
«Biləsuvar»ı dəstəkləmək üçün cənub bölgəsindən iki avtobus tərəfdar gəlib. «Zəngəzur»lular isə zurna-balabanla komandalarına qahmar çıxıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

