Növbəti çempionatda iştirak etmək istəyirlər - AFFA-ya xəbər verdilər

27 Fevral 23:40 Region Liqası 278
Növbəti çempionatda iştirak etmək istəyirlər - AFFA-ya xəbər verdilər

Bu mövsüm Region Liqasında yarışan bir neçə klub AFFA-ya müraciət edib.

Siyahıya həm paytaxt, həm də bölgə təmsilçiləri daxildir.

Onlar növbəti sezondan etibarən II Liqada mübarizə aparmağa hazır olduqları barədə federasiyanı məlumatlandırıb.

Həvəskar çempionatın iştirakçıları qurumun lisenziyalaşdırma prosesindən keçməyə razıdır.

Daha öncə xəbər verdiyimiz kimi, AFFA II Liqada çıxış edən klublara ayırdığı yardım paketini artırmağı planlaşdırır.

Çempionatın hər bir iştirakçısına illik 150 min manatın verilməsi gözlənilir. Onlar 10 ay 15000 manat alacaq.

Müvafiq qərar İcraiyyə Komitəsinin qarşıdakı iclaslarından birində çıxarılacaq.

Hazırda bu liqada 12 komanda mübarizə aparır. Ötən iki mövsümdə aylıq maliyyə dəstəyi 5000 manat təşkil edirdisə, cari «futbol ili»ndən etibarən bu rəqəm 5800 manata qaldırılıb.

Gələn mövsümdən bəzi yeniliklər tətbiq ediləcək ki, buna da kifayət qədər ciddi yanaşmaq lazım gələcək.

Federasiya indiyədək yarımhəvəskar səviyyədə fəaliyyət göstərən klubları lisenziyalaşdırma prosesinə cəlb etməyi planlaşdırır.

Burada bir neçə meyar əsas götürüləcək. Məqsəd iştirakçıları həvəskar yanaşmadan professionallığa keçirməkdir.

Odur ki, bəzi yarışmaçıların II Liqanın sıralarını tərk eləməsi də istisna deyil. Onların yerini isə Region Liqasının təmsilçiləri tutacaq.

Hansılar ki, maddi-texniki bazaları yaxşıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 16:30 Çək və bizə göndər!