AFFA Region Liqasında mübarizə aparan “Bakı” TFK-nı çempionatdan kənarlaşdırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
Paytaxt təmsilçisi “Beyləqan”la oyunda təyin olunan vaxtda meydanda olmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu hal üçüncü dəfə təkrarlandığı üçün “Bakı” TFK yarışdan kənarlaşdırılıb.

