Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi - RƏSMİ

14 May 02:00 Region Liqası 1 027
Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi - RƏSMİ

Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.

İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” arasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək.

Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında olacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!