Yuxarı liqaya vəsiqə qazanmaq istəyənlər üçün yer - AFFA seçim etdi

13 May 09:40 Region Liqası 1 442
Yuxarı liqaya vəsiqə qazanmaq istəyənlər üçün yer - AFFA seçim etdi

Region Liqasının final matçının günü və yeri müəyyənləşib.

AFFA həvəskarlar komandaları mayın 18-də üz-üzə gətirəcək.

Həmin gün həlledici görüşdə «Zəngəzur»la «Marafon» qarşılaşacaq.

Məkan olaraq Şamaxı stadionu seçilib. Federasiya öncə Yevlax variantını nəzərdən keçirsə də, sonda öz balansındakı arenaya üstünlük verib.

Güman ki, bu, qurumun əlavə xərcdən qaçmaq niyyətindən irəli gəlir.

Liqanın qalibi birbaşa II Liqaya vəsiqə qazanacaq. İkinci yeri tutan isə II Liqanın 11-cisi ilə qüvvəsini sınayacaq.

«Zəngəzur» finala gedən yolda «Biləsuvar»ı üstələyibsə, Sabirabad komandası «Şəfəq»ə şans tanımayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?