Region Liqasını qazandı, II Liqada iştirak hüququ əldə etdi

01:20 Region Liqası 107
Region Liqasını qazandı, II Liqada iştirak hüququ əldə etdi

Region Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən final oyununda “Zəngəzur” və “Marafon” qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Zəngəzur” çempion olaraq, II Liqada iştirak hüququ əldə edib. “Marafon” isə 2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.

3-cü yer uğrunda qarşılaşmada “Biləsuvar” komandası “Şəfəq” kollektivini 4:1 hesabı ilə məğlub edərək, bürünc medal qazanıb.

Oyunlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. 78 qol vuran “Marafon” komandasının oyunçusu Vüqar Əşrəfli bombardirə təqdim olunan mükafata yiyələnib.

“Zəngəzur”dan isə Elgün Abbaslı Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

Nəhayət, “Biləsuvar” bürünc, “Marafon” gümüş medalla, “Zəngəzur” isə qızıl medal və kubokla təltif olunub.

Komandalara mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti