Region Liqasının növbəti mövsümündə 10-dan artq yeni komanda mübarizə aparacaq.
Bu barədə AFFA-dan saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumata görə, qarşıdakı sezonda iştirak niyyəti ilə bağlı federasiyaya indidən xeyli müraciət daxil olub.
Baxmayaraq ki, yarışa rəsmi qeydiyyata avqustda start veriləcək. Bununla belə, təzəcə fəaliyyətə başlayan bəzi klublar quruma şifahi müraciət ünvanlayıb.
Onların əksəriyyəti bölgə mənsubudur. Odur ki, iştirakçı sayının artması gözləniləndir.
Region Liqasının qalibi birbaşa II Liqaya vəsiqə qazanır. İkinci yerin sahibi isə II Liqada 11-ci yeri tutan kollektivlə pley-off matçında üz-üzə gəlir.
Turnirin son sahibi «Zəngəzur»dur. Qərbi Azərbaycan təmsilçisi finalda «Marafon»a 2:1 hesabıyla qalib gəlib.
SPORTİNFO.AZ

