“Xəzər Lənkəran” iddialı gəlir: 5 yeni transfer - FOTOLAR

10 Noyabr 2022 19:00 Region Liqası 3 664
“Xəzər Lənkəran” iddialı gəlir: 5 yeni transfer - FOTOLAR

Region Liqasında debüt edəcək “Xəzər Lənkəran 42” transfer çalışmalarını sürətləndirib.

Ağadadaş Həmidovun baş məşqçisi olduğu komanda 5 yeni futbolçuyla güclənib.

Cənub zonasının iştirakçısı Əskər Əskərlini rənglərinə bağlayıb. Müdafiəçi mövqeyində çıxış edən gənc bunadək “Səbail”in aşağı yaş qruplarında futbolun sirlərini öyrənib.

Arxa xət oyunçusu olan Vəliyət Əskərli “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında və “Zirə”d forma geyinib.

Yenilərdən Murad Nəcəfov hücumçudur. Keçən sezon Region Liqasında “Astara”nın düşərgəsində yer alıb.

Yeni yaranmış klubun qucaq açdığı daha bir forvard Mirəli İsmayılovdur. “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” və “Astara”nın şərəfini qoruyub.

“Xəzər Lənkəran 42” daha əvvəl 6 futbolçu ilə müqavilə bağlayıb.

Peşəkar karyerası boyunca «Bakı», «Sumqayıt», «Turan Tovuz», AZAL kimi komandaların şərəfini qorumuş müdafiəçi Elşad Manafov keçən mövsümü «Cəbrayıl»ın heyətində Region Liqasının çempionu olub. O, həmçinin çimərlik futbolu üzrə Azərbaycan millisində çıxış edir.

Vasif Fərəcov da arxa xətt oyunçusudur. Daha əvvəl «Xəzər Lənkəran» və «Qarabağ»ın aşağı yaş qruplarında forma geyinib.

Cavad Bağırov yarımmüdafiəçidir. «Qarabağ», «Qəbələ», «Vətən» və «Şahdağ»ın aşağı yaş qruplarında özünü sınayıb.

Elşən Rzazadə isə daha çox «Xəzər Lənkəran»dan tanınır. «Bakı», «Neftçi», «Mil-Muğan» və «Xan Lənkəran»ın uğurları üçün tər töküb.

Lənkəran məktəbinin yetirməsi olan Nurlan Fərəcli yarımmüdafiə mövqeyində çıxış edir. «Xəzər Lənkəran», «Keşlə», «Sumqayıt», «Xan Lənkəran» kimi komandaların düşərgəsində yer alıb.

Bu mövsüm Region Liqasında «Xəzər Lənkəran 42»nın qapısını bir müddət «Xəzər Lənkəran»da meydana çıxmış Tərlan Qasımzadə qoruyacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti