Lənkəranda yeni klub - AFFA bu işə “qol qoydu”: SON DƏQİQƏ

11 Avqust 2022 19:20 Region Liqası 3 518
Lənkəranda yeni klub - AFFA bu işə “qol qoydu”: SON DƏQİQƏ

AFFA Lənkəran şəhər İcra Hakimiyyəti (İH) ilə danışıqlar aparır.

Bu haqda Sportinfo.az-a federasiyadan bildirilib.

Qurumdan redaksiyamıza verilən məlumata görə, yerli İH ilə məsləhətləşmələrdə məqsəd burada yeni klubun yaradılması perspektividir.

Görüşmələr uğurla nəticələnsə, Lənkəran növbəti mövsümdə yenidən Region Liqasında təmsil olunacaq. İcra Hakimiyyətinin nəzarəti altına keçməsi düşünülən komandaya AFFA hər ay maliyyə dəstəyi verməyi öz üzərinə götürür.

Lənkəran son iki sezonda sözügedən yarışda varlıq göstərib. İnişil “Alyans” Region Liqasında mübarizə aparıb.

Ötən “futbol ili”ndə isə bu missiyanı “Xan Lənkəran” yerinə yetirib. “Ağ-yaşıllar” finaladək irəliləsə də, AFFA onların I Divizionda iştirakla bağlı müraciətini geri çevirib.

Federasiya “Xan Lənkəran”ın “Qobustan”la varislik əsasında aşağı dəstədə yarışmasına da “yaşıl işıq” yandırmayıb.

Odur ki, klub ikinci dəfə Region Liqasına qatılmaqdan imtina edib, istiqamətini uşaq futboluna çevirib.

Digər Xəbərlər
Xəbər Lenti