"Qəbələ" fəaliyyətini davam etdirəcək: "Sadəcə, büdcəni formalaşdırmaqda çətinliklər var"

3 İyul 2020 18:06 Qəbələ 1 252
"Qəbələ" fəaliyyətini davam etdirəcək: "Sadəcə, büdcəni formalaşdırmaqda çətinliklər var"

"Yaxın günlərdə məşqçilər korpusu ilə yeni mövsümün hazırlıqlarına dair görüşümüz olacaq.

Komandadakı oyunçular və eyni zamanda hazırlığa dair qərarlar qəbul edəcəyik".

Sportinfo.az xəbər verir ki,bunu "report"a açıqlamasında "Qəbələ" nin prezidenti Fariz Nəcəfov deyib. O, hazırda komandanın istirahətə buraxıldığını bildirib.

Nəcəfov heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb: "Sözsüz ki, dəyişikliklər - gedən və gələn futbolçular olacaq. Uzun illərdən sonra ilk dəfə avrokuboklarda iştirak etməyəcəyik.

Bu səbəbdən, tələsik qərarlar qəbul etməyə də ehtiyac yoxdur. Eyni zamanda yeni mövsümün startı ilə bağlı da konkret tarix bilinmir. Yəni hazırlıq üçün kifayət qədər vaxtımız var".

Klubun fəaliyyətini davam etdirəcəyini də vurğulayan "Qəbələ" rəsmisi "Sadəcə məlum vəziyyətlə bağlı büdcəni formalaşdırmaq üçün çətinliklər var. İnanıram ki, lazim olan vəsaiti əldə edə biləcəyik" - deyə əlavə edib.

O, gələn mövsüm heyətdə klub akademiyasının futbolçularnın çoxluq təşkil edəcəyini də vurğulayıb: "Bununla belə tam komanda formalaşdırmaq üçün potensial yoxdur. Ona görə də hansısa mövqedə legionerin olması qaçılmazdır".

Digər Xəbərlər
Xəbər Lenti