Avropada futbol oynamaq istəyən azərbaycanlılar üçün əla fürsət yaranıb.
Belarus və Estoniyada fəaliyyət göstərən “Notrdam Agency” adlı menecer şirkəti sosial şəbəkə hesablarında çağırış edib.
Almaniya, Polşa, Çexiya, Litva, Latviya, Monteneqro klubları ilə əməkdaşlıq edən agentlik Çexiyanın 4-cü liqa klubları üçün futbolçular axtarır.
Videomüraciətdə bildirilir ki, mərkəz müdafiəçisi və hücumçu mövqeyində oynaya bilən futbolçular agentliyin sosial media səhifələrinə müraciət edə bilər.
Maaş yüksək deyil, aylıq cəmi 1000 avro nəzərdə tutulub. Lakin bir üstünlük var ki, aşağı dəstədə layiq futbol sərgiləməklə daha üst liqalardakı klubların diqqətini çəkmək mümkündür.
1000 avrodan əlavə məskunlaşmaq üçün yer də təklif olunur.
Təbii ki, çağırış Premyer Liqada top qovanlara aid deyil. Məsələn, I və II Liqalarda 500-600 manata top dalınca qaçanlar üçün yaxşı fürsətdir.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
