Polşa çempionatında 9-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə "Korona" komandasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 80-ci dəqiqədə əvəzlənib. 9 oyundan 3 xalı olan “Rakov” hazırda 18 komanda arasında sonuncu yeri tutur.
"Korona" - "Rakuv" 3:2
Qollar: M.Stepinski, 20-pen; 62-pen; C.Mena, 33 // L.Diabi-Fadiqa, 58, B.Mirçetiç, 82
