"İmişli" Ronaldo de Souzanı yenidən heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Onunla 2 illik müqavilə imzalanıb.
Ronaldo karyerası ərzində “Kruzeyro”nun (Braziliya) U-17 və U-20, “Sportinq”in (Portuqaliya) U-23 komandalarında, həmçinin bu ölkənin “Alverka” və “Anadiya”, İndoneziyanın isə “Borneo” klublarında çıxış edib.
O, daha əvvəl “İmişli”nin heyətində 29 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
