“Hər zaman təzyiq var” - Azərbaycana gəlmək istəyir

20 Sentyabr 02:00 Dünya çempionatı 556
“Hər zaman təzyiq var” - Azərbaycana gəlmək istəyir

Mozambikdə 2026 COSAFA U-20 turniri start götürəcək. Afrika komandaları arasında təşkil olunan yarışın finalçıları Afrika Millətlər Kubokuna vəsiqə qazanacaq.

Sportinfo.az xəbər verir ki, 2026 COSAFA U-20-də iştirak edəcək Cənubi Afrika millisinin hədəfi çempionluğunu qorumaq, ardından isə Millətlər Kubokunda uğurlu çıxış edərək Azərbaycan və Özbəkistanda təşkil olunacaq dünya çempionatına qatılmaqdır.

Bunu U-20 yığmasının baş məşqçisi Raymond Mdaka açıqlayıb. O, mundiala qatılmaq yolunda ilk addımlarını atacaqlarını söyləyib:

“Futbolda hər zaman təzyiq var. Bilirik ki, rəqiblər də artıq bizə qarşı daha ciddi hazırlaşıblar.

Məqsədimiz son iki turnirdəki uğuru təkrarlamaq, daha sonra isə Afrika Millətlər Kubokunda istədiyimiz nəticəni qazanmaqdır.

Ən başlıca hədəfimiz Azərbaycan və Özbəkistandakı dünya çempionatında yer almaqdır”.

Afrika Millətlər Kuboku gələn il Qanada keçiriləcək. Orada yarımfinala yüksələcək 4 komanda dünya çempionatına vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda