"Neftçi"nin oyununda baş məşqçinin istefasını tələb etdilər

22 Fevral 2020 16:42 Qəbələ 1 675
"Neftçi"nin oyununda baş məşqçinin istefasını tələb etdilər

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriib.

“Qəbələ” hazırda doğma meydanda “Neftçi” ilə qarşılaşır. Ev sahibləri ilk hissədə buraxdığı 2 erkən qolla qonaqlara uduzur.

Sportinfo.az-ın məlumatına görə, stadiona toplaşan qəbələli azarkeşlər istefa tələbi ilə çıxış edib.

Onlar qış fasiləsindən sonra məğlubiyyətləri sıralayan komandanın baş məşqçisi Elmar Baxşıyevin getməsini istəyir. “Qəbələ”nin qapıçısı Tərlan Əhmədli fanatları sakitləşdirməyə çalışsa da, tribunada əyləşənlər onun çağırışına məhəl qoymayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var