"Yığmaya çağrılmaq mənə böyük motivasiya verir"

27 Noyabr 2022 21:00 Qəbələ 561
"Yığmaya çağrılmaq mənə böyük motivasiya verir"

«Milliyə dəvət olunmağım gələcək karyerama təkan verə bilər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin yarımmüdafiəçisi Rövlan Muradov deyib.

Canni De Byazi tərəfindən millinin Moldova və Şimali Makedoniya ilə yoxlama görüşlərinə dəvət alan orta sahə oyunçusu bildirib ki, bu, onda böyük stimul yaradıb:

«Yığmaya çağrılmaq motivasiya verir ki, üzərimdə daha çox çalışmaqla, oyunumu daha da yaxşılaşdırım və gələcəkdə qollarımın, qol ötürmələrimin sayını artırmış olum».

Digər Xəbərlər
Xəbər Lenti