
“Qəbələ” Premyer Liqanın II turun son oyun günündə “Şamaxı”nı qəbul edib.
Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç “qırmızı-qaralar”ın cari çempionatda ilk ev sınağı olub.
Baş məşqçi Elmar Baxşıyev ötən turun “Turan Tovuz”la qarşılaşması ilə müqayisədə start heyətində dəyişiklik etməyib.
Görüşə qonaqlar daha fəal başlayıb. Rəqibin təşəbbüsə yiyələnmək cəhdlərinin inamla alan “Qəbələ” ilk hücumda hesabı açıb.
Rafael Utziqdən ötürmə alan Felipe Santos cərimə meydanında irəliləyərək qapı xəttinin üzərindən topu çərçivənin qarşısına göndərib. Rövlan Muradovun baş zərbəsi isə dəqiq olub – 1:0.
İlk qolun müəllifi cəmi iki dəqiqə sonra assistlə fərqlənib. Onun künc zərbəsindən sonra Murad Musayev fərqi artırıb.
Buraxılan qollardan sonra “Şamaxı” dönüş yaratmağa çalışsa da, qapısında daha bir top görüb. Rəqib qapıçının ötürməsini ələ keçirən Felipe Santos bu imkanı qaçırmayıb – 3:0.
Qarşılıqlı hücumlarla davam edən ilk yarının sonlarında braziliyalı dubla da yaxın olub. Amma onun zərbəsini qolkiper dəf edib.
İkinci hissəyə “Qəbələ” üstünlüyə yiyələnməyə çalışıb. Şamaxının eyniadlı təmsilçisi isə əks-hücumlara üstünlük verib.
Belə həmlələrin birində qonaq komanda fərqi azalda bilib. “Qırmızı-qaralar”ın heyətində Felipe Santos və Ramon Maçadonun cərimə meydanına daxil olmaq cəhdləri yaddaqalan olub.
Oyunda dönüş yaratmağa çalışan qonaqlar daha çox hücum edib. Amma rəqibin həmlələrinin qarşısını etibarlı müdafiə xətti alıb.
Bir neçə dəfə oyuna daxil olan Səlahət Ağayev də inamlı oynayıb. Hissənin sonlarında Emil Səfərov fərqi üç topa çatdırmaq imkanını qaçırıb. Beləliklə, “Qəbələ” mövsümün startında ardıcıl ikinci qələbəsini qazanıb.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Bizi ağır oyunun gözlədiyini bilirdik. “Şamaxı” gənc və perspektivli futbolçulardan ibarət kollektivdir.
Birinci hissəyə yaxşı başladıq. Hücumlarımızın ardını da gətirib qollar vurduq. İkinci yarıda daha çox hesabı qorumağa çalışdığımızı ya da gücümüzə qənaət etmək fikrində olduğumuzu düşünürəm.
Nəticə də daha rahat oynamağa imkan verirdi. Komandanın matça yanaşmasından razıyam. İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu və daha yaxşı oyun görəcəyik.
Futbol emosiya oyunudur. Oyunda hər futbolçu öz emosiyasını göstərə bilər. Matçın ağır ya yüngül keçməsinə gəlincə, futbolçular ilk yarıda oyunu ələ almaq üçün əllərindən gələni etdilər.
Bu, komandanın maksimumu deyil. Meydana sonradan daxil olan Omar Hani, Ülvi İsgəndərov və Ramon Maçado əsas heyət üzvləridir.
Ola bilər ki, oyuna qoşula bilməsinlər. Onlara güvənirik, əsas heyət üzvü kimi görürük”.
“Qəbələ” – “Şamaxı” 3:1
Qəbələ şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kamran Bayramov
Dördüncü hakim: Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Zeynal Zeynalov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Ruan Renato, 61 (qeyri-idman hərəkəti) // Rəhman Daşdəmirov, 39 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 42 (qeyri-idman hərəkəti)
Qollar: Rövlan Muradov, 8; Murad Musayev, 10; Felipe Santos, 20 // Amil Yunanov, 56
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
(10. Omar Hani, 58)
2. İlkin Qırtımov
(91. Ramon Maçado, 58)
27. Məqsəd İsayev
28. Murad Musayev
7. Rövlan Muradov
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
(77. Emil Səfərov, 81)
97. Felipe Santos
(14. Ülvi İsgəndərov, 58)
6. Feras Abu Akal
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
33. Hüseyn Mürsəlov
20. Rauf Rüstəmli
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Şamaxı”
12. Əkpər Vəliyev
(1. Rəşad Əzizli, 14)
10. Elvin Məmmədov (k)
9. Amil Yunanov
(27. İbrahim Aslanlı, 87)
8. Kamal Mirzəyev
(7. Asim Əlizadə, 66)
55. Adil Nağlyev
16. Fuad Bayramov
70. Bahadur Həziyev
5. Rəhman Daşdəmirov
2. Rauf Hüseynli
(22. Elçin Mustafayev, 87)
11. Kamran Quliyev
(21. Qurban Səfərov, 46)
83. Nihad Quliyev
Ehtiyat oyunçular:
88. Bəhruz Teymurov
17. Elçin Rəhimli
4. Arsen Ağcabəyov
77. Samir Qurbanov
14. Uğur Cahangirov
Baş məşqçi: Vüqar Əsgərli