“O, bizim qəhrəmanımızdır, komandaya təsiri böyükdür”

10 Avqust 2022 16:00 Qəbələ 910
“O, bizim qəhrəmanımızdır, komandaya təsiri böyükdür”

“Bizə bundan sonra yalnız onun qayıdışını gözləmək qalır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O, kapitan Ürfan Abbasovun dönüşü ilə komandanın daha da güclənəcəyini bildirib.

Sitat: “Ürfan üç mövqedə çıxış edə bilir. Müdafiənin mərkəzi ilə yanaşı, hər iki cinahda eyni səviyyədə çıxış edə bilir.

Onun yoldaşlarına təsiri böyükdür. Həm oynadığı futbol, həm də liderlik qabiliyyəti ilə hər kəsə dəstəkdir.

O, bizim qəhrəmanımızdır. Ötən mövsümün axır oyunlarında zədəli-zədəli meydana çıxdı, komandanı tək buraxmadı.

Bir başqası olsaydı, öz sağlığını bu cür riskə atmazdı. Həkimlərin dediyinə görə, Ürfanın qayıdışı üçün ilin sonunu gözləməliyik. Oktyabr-noyabr aylarından məşqlərə başlamalıdır”.

Ötən mövsüm başa çatan kimi əməliyyat stoluna qalxan 30 yaşlı müdafiəçi bu səbəbdən komandadan ayrı düşüb. Çarpaz bağlarından cərrahi müdaxiləyə məruz qalan kapitanın 6 ay yaşıl sahələrdən kənar qalacağı dəqiqdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!