"Qəbələ"nin yeni transferindən SON XƏBƏR

7 İyul 2022 01:00 Qəbələ 917
"Qəbələ"nin yeni transferindən SON XƏBƏR

"Qəbələ" Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi üçüncü günü bir məşqlə başa vurub.

"Qaziantep"lə yoxlama matçından sonra komanda səhər saatlarında hazırlığına davam edib.

Bərpa xarakterli məşq iki qrupda keçib, futbolçuların bir hissəsi isə fitnes zalında məşq edib.

​"Qəbələ"nin israilli yeni transferi Feras Abu Akal da məşqlərə qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda