“Derbi“ deyib, azarkeşlərə mesaj göndərdi: “Neftçi” üzərindəki qələbənin 30 faizi…”

15 May 2022 17:00 Qəbələ 995
“Derbi“ deyib, azarkeşlərə mesaj göndərdi: “Neftçi” üzərindəki qələbənin 30 faizi…”

Bu gün Premyer Liqada XXVII turun oyunları keçiriləcək.

Avrokuboklar uğrunda mübarizə aparan “Qəbələ” Şamaxı səfərinə çıxıb.

“Qırmızı-qaralar“ vəziyyətini çətinləşdirməmək üçün eyniadlı şəhərin təmsilçisinə qalib gəlməyə borcludur.

Kapitan Asif Məmmədov Sportinfo.az vasitəsilə qəbələli azarkeşlərə səslənib:

“Azarkeşlərimizi Şamaxıya dəvət edirəm. “Neftçi”ylə oyunda olduqca möhtəşəm idilər. Ümid edirəm ki, son 2 oyunda eyni dəstəyi nümayiş etdirəcəklər.

Onların dəstəyinə ehtiyacımız var. Şamaxı ilə Qəbələnin məsafə yaxınlığını nəzərə alsaq, bu oyunu bölgə derbisi adlandırardım.

Aralarında 50-60 km fərq var. Adicə kənd çempionatlarının matçlarına nə qədər adam gəlir. Fikrimcə, bu dəfə stadion tam dolacaq.

“Neftçi”ylə oyundakı qələbənin 30 faizi azarkeşlərin dəstəyinin nəticəsi idi. Bu dəfə də eyni mənzərəyə şahidlik edərik, inşallah”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş