"Qəbələ"linin gözü yoldadır

25 Yanvar 2022 19:40 Qəbələ 1 255
"Qəbələ"linin gözü yoldadır

Bakıda bərpa olunan "Qəbələ"nin zədəli müdafiəçisi Urfan Abbasovun gözü yoldadır.

Belə ki, bölgə klubu ilə Antaliyada olan həkimlər Urfanın zədəsinə növbəti dəfə baxmalıdır.

Məhz bundan sonra təcrübəli oyunçunun əməliyyat olunub-olunmamasına qərar veriləcək.

Urfan komandasının Bakıdakı toplanışında zədə alıb. Zədənin ciddi olması futbolçunun Türkiyə toplanışına getməyinə də mane oldu.

Əslində, həkimlər onun zədəsinə ilkin baxışdan sonra əməliyyat qərarı vermişdi. Ancaq sonra fikir dəyişildi və bir qədər gözləmək lazım olduğu məsləhət olundu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”