“Qəbələ”də sözlə izah edə bilməyəcəyim dərəcədə…“ - AÇIQLADI

23 Yanvar 2022 16:40 Qəbələ 852
“Qəbələ”də sözlə izah edə bilməyəcəyim dərəcədə…“ - AÇIQLADI

“Hər şey qaydasındadır.

Əsas odur ki, kollektiv daxilində sözlə izah edə bilməyəcəyim dərəcədə möhtəşəm ab-hava var”.

Bu sözləri “Qəbələ”nin legioneri Stefan Vukçeviç komandasının qış toplanışı haqda Sportinfo.az-a danışarkən dilə gətirib.

Monteneqrolu yarımmüdafiəçi məşqlərdə səylə çalışdıqlarını deyərək, bundan zövq aldıqlarını qeyd edib:

“Komandadakı atmosfer hər birimizə əlavə güc verir. Sağlam mühitdə çalışmaq həzzvericidir.

Məşqçilər heyətinin verdiyi tapşırıqları yerinə yetirir, çatışmazlıqları yoldaşlıq görüşlərində görüb, aradan qaldırmağa çalışırıq.

Bu dəqiqə bütün fikrimizi təlim-məşq toplanışına yönəltmişik. Çünki faydasını çempionat və kubok oyunlarında görmək istəyirik”.

Bölgə təmsilçisi Antalyadakı ilk sınaq matçında “Zaqlembe”yə 1:2 hesabı ilə uduzub, ardınca “Boreç”ə (Şimali Makedoniya), üstün gəlib – 1:0. Yanvarın 25-də “Bohemians”la (Çexiya) qarşılaşacaqlar.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var