“Qarabağ”ın futbolçuları görəndə ki topa gecikirlər, məcbur olub…“

5 Dekabr 2021 11:40 Qəbələ 1 203
“Qarabağ”ın futbolçuları görəndə ki topa gecikirlər, məcbur olub…“

“Qəbələ“nin legioneri İsnik Alimi rəqiblər tərəfindən ən çox kobudluğa məruz qalan futbolçulardandır.

“Qarabağ“la ötən tur keçirilən matç (0:0) da bu mənada istisna olmadı.

Şimali makedoniyalı yarımmüdafiəçi hər dəfə yerə yıxılanda hakimə etiraz edir, vərəqə istəyirdi.

“5 nömrə” Sportinfo.az-a açıqlamasında bunu oyundakı gərginliklə əlaqələndirib:

“Geniş ərazidə topla rəftarı sevirəm. Amma “Qarabağ”ın futbolçuları daim pressinq edir, top saxlamağa imkan vermir.

Görəndə ki gecikirlər, məcbur olub qayda pozuntusuna əl atırdılar ki, bu da normaldır.

Ola bilsin, tez-tez yıxdıqlarına görə müəyyən qədər gərginlik olurdu. Hər halda ən yaxşısını hakim görür və bilir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da