“Qəbələ”nin düşərgəsində SEVİNDİRİCİ XƏBƏR

28 Noyabr 2021 21:00 Qəbələ 1 384
“Qəbələ”nin düşərgəsində SEVİNDİRİCİ XƏBƏR

“Bir neçə gündür Qəbələdəyik.

Əhval-ruhiyyə qaydasındadır deyə bilərəm. “Qarabağ”la oyuna hazırlaşırıq”.

Bu sözləri Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı Sportinfo.az-a danışarkən deyib.

Baxşıyevin üzünü güldülən məqam var ki, məhz bunun sayəsində çempionatın lideri ilə qarşılaşmada uğurlu nəticə əldə edə biləcəklərini düşünür.

Hər halda dinləyək: “Şükürlər olsun, həftəiçi məşqləri tam heyətlə edə bilmişik. Ehtiram Şahverdiyevin cəzası başa çatdı, zədəlilər də sıraya dönüb. Bu mənada işlər qaydasındadır.

Hansı rəqibə qarşı oynayacağımızı dərk edirik. Çümpionatın liderinə, öz oyun dəsti-xətti ilə seçilən komanda qarşı mübarizə aparacağıq. Bizi ağır, məsuliyyətli və maraqlı oyun gözləyir.

Komandadan əsas istəyim məşqlərdə verdiyimiz tapşırıqları meydanda ortaya qoymaq və maksimum dərəcədə mübarizə aparmaqdır. Mübarizə və istək olan yerdə nəticə özü gəlir. Sərfəli nəticə qazanacağımıza ümid edirəm”.

“Qəbələ” – “Qarabağ” qarşılaşmasının start fiti noyabrın 29-u saat 16.00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı