Bayıl stadionu "Qəbələ"nin Rafaaelinə nədə mane oldu?

8 Noyabr 2021 23:20 Qəbələ 653
Bayıl stadionu "Qəbələ"nin Rafaaelinə nədə mane oldu?

Azərbaycan Premyer liqasının son turunda "Səbail"i məğlub (0-2) edən "Qəbələ"nin heyətində Rafael Utrixin yoxluğu diqqət çəkdi.

Bu, komandanın liderlərindən sayılan braziliyalı yarımmüdafiəçinin zədəsi ilə bağlıymış.

Belə ki, cinah yarımmüdafiəçisi "Səbail"lə oyuna hazırlıq çərçivəsində baş tutan son məşqdə mikro zədə alıb.

Əslində legionerin durumu heç də ağır deyilmiş. Sadəcə baş məşqçi Elmar Baxşıyev Bayıldakı arenanın bərbad durumunu nəzərə alaraq riskə getmək istəməyib.

25 yaşlı vinger "Səbail"lə oyun xaric digər 9 turun hamısını meydanda olub. O, bu görüşlərdə 2 qol və 2 asistlə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti