“Sumqayıt” Serbiyada SÜRPRİZə imza atdı!

21 İyul 2021 23:54 Qəbələ 984
“Sumqayıt” Serbiyada SÜRPRİZə imza atdı!

"Sumqayıt" Konfrans Liqasında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Serbiyada "Çukariçki"nin qonağı olub.

Belqraddakı "Çukariçki" stadionunda keçirilən görüşü isveçrəli hakim Fedayi San idarə edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtda olacaq.

Bu, Azərbaycan klublarının Konfrans Liqasındakı ilk oyunu kimi də tarixə düşüb. Premyer Liqanın bürünc mükafatçısı tarixində ikinci dəfə avrokubok matçına çıxıb.

"Gənclik şəhəri" təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandasına 0:2 hesabı ilə uduzub. Təsnifat mərhələsi koronavirus pandemiyası səbəbindən bir görüşdən ibarət olub.

21 iyul
22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim:
Urs Şnider (İsveçrə)

“Çukariçki”: 12. Derde Petroviç, 6. Miladin Stevanoviç, 19. Strahinya Tanasiyeviç, 65. Stefan Şapiç, 86. Boyan Roqanoviç, 5. Marko Dociç, 22. Srcan Miyailoviç, 27. Milan Saviç, 70. Aleksa Yankoviç, 77. Stefan Kovaç, 9. Corce Yovanoviç
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 35. Novak Miçoviç, 2. Viktor Roqan, 3. Nemanya Tosiç, 11. Norman Kampbell, 7. Marko Rakonyaç, 20. Asmir Kayeviç, 23. Stefan Koloviç, 26. Uroş Drezgiç, 17. Boyika Nikceviç, 80. Nikola Koliç, 88. Yovan Lukiç
Məşqçi: Pavle Delibaşiç

“Sumqayıt”: 13. Aydin Bayramov, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 6. Vüqar Mustafayev, 17. Murad Xaçayev, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 60. Elvin Məmmədov
Baş məşqçi: Ayxan Abbasov
Belqrad. “Çukariçki” stadionu

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"