“Qəbələ” buna çatdı - 750

15 May 2021 19:40 Qəbələ 778
“Qəbələ” buna çatdı - 750

“Qəbələ” tarixində 750-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib.

“Sabah”la ev oyununda (2:2) rəqib qapısına vurulan 2-ci top “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olub. Bu topu Stefan Vukçeviç vurub.

İlk rəsmi matçını 16 il öncə keçirən “Qəbələ” 576-cı oyununda “750”yə çatıb. Bu qollardan 527-si Premyer Liqa, 115-i ölkə kuboku, 72-si I dəstə, 36-sı UEFA Avropa Liqasına təsadüf edib.

“Qəbələ” indiyədək evdə 423, səfərdə 325, neytral meydanda 2 qol vurub.

1-ci qol: 2005/06 mövsümü, I dəstə

21.09.2005. “Göygöl” – “Şərur” – 8:0

İlqar İbrahimov (öz qapısına)

250-ci qol: 2010/11 mövsümü, Premyer Liqa

17.04.2011. “Qəbələ” – “Simurq” – 3:0

Milan Antiç

500-cü qol: 2015/16 mövsümü, Premyer Liqa

19.03.2016. “Qəbələ” – “Qarabağ” – 1:2

Sergey Zenyov

750-ci qol: 2020/21 mövsümü, Premyer Liqa

14.05.2021. “Qəbələ” – “Sabah” – 2:2

Stefan Vukçeviç.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!