"Emin Mahmudov başımıza oyun açır"

14 Aprel 2021 20:20 Qəbələ 1 494
"Emin Mahmudov başımıza oyun açır"

"Hər iki komandaya xal lazım olduğu üçün maraqlı oyun olacağını bilirdik.

Bizim baş məşqçinin yanaşmasında 10 nəfərlə müdafiə olunmaq yoxdur.

Nəticədən asılı olmayaraq yaxşı oyun daha önəmlidir. İki dəfə hesabdan önə çıxsaq da qələbə qazana bilmədik. "Neftçi" də çox istəkli çıxmışdı meydana. Sanki bu oyuna dönüş nöqtəsi kimi baxırdılar. İstəmirdilər "Qarabağ"la aradakı xal fərqi artsın. Məncə, ədalətli nəticə oldu".

Sportinfo.az-a açıqlamasında "Neftçi" ilə oyun haqqında (2:2) danışarkən "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib.

Kapitan daha çox müzakirə olunan hakim səhvlərindən də danışıb: "Hakim də insandır. Səhvsiz insan yoxdur. Əliyar da səhv edə bilər. O, bizim ən üzdə olan hakimlərimizdən biridir.

Xəqani Məmmədovun "İdman TV"də çıxış edərkən məlum epizodlara hər tərəfli aydınlıq gətirdi. Dediyinə görə, bütün qərarları doğru verib. Yenə deyrəm ki, ola bilər, nəsə səhv etsin. Amma əsas odur, qərəz yoxdur".

Nəzirov Emin Mahmudovun vurduğu penalları qaytarmağın çətin olduğunu bildirib: "Emin Mahmudov başımıza oyun açır (gülür). Axıra kimi gözləyir sonda qərar verir.

Məsələn, digər oyunçuları öncədən bilmək olur ki, hansı cinaha vura bilər. Amma Emini hər kəs bilir ki, son ana kimi gözləyir, baxır və qərar verir.

Bunu mən də bilirdim. Penaldan öncə də Eminə dedim ki, bizi bezdirmisən. İndi axıra kimi gözləyək ki, necə vuracaqsan (gülür). Həqiqətən, vurduğu penalı çıxarmaq çətindir".

Digər Xəbərlər
Xəbər Lenti