"Qarabağ"dan sonra çempionatda oynamaq çətin idi"

26 Oktyabr 2020 16:14 Qarabağ 463
"Qarabağ"dan sonra çempionatda oynamaq çətin idi"

"Oyuna pis başladıq. Sonradan vəziyyəti dəyişməyə çalışsaq da, bizdə heç nə alınmadı.

Yerli çempionatda yaxşı təşkilatlanmış komandalara qarşı matçlarda qol epizodları yaratmaqda çətinlik çəkirik. Bu tərəfimizi inkişaf etdirməliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis İsrail çempionatının V turunda evdə "Hapoel" (Beer-Şeva) ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Yunanıstanlı mütəxəssis bildirib ki, komandası yerli liqanın matçlarına köklənməkdə problem yaşayır: "Hər oyun bizim üçün vacibdir. Komandamın çıxışından razı qalmasam da, futbolçularıma inanıram.

Daha çox işləməliyik. Bilirəm, "Qarabağ"la avrokubok matçından sonra çempionatda oynamaq çətin idi. Amma rəqib də bizimlə eyni vəziyyətdə idi. İntensivliyimizi artırmalıyıq".

Avropa Liqasının I qrupunun ilk turunda "Makkabi" evdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti